Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən sənədli filmin premyerası keçiriləcək

6 Aprel 2010 21:32
Premyera Əzizbəyov rayon Mədəniyyət Evində baş tutacaq. Film Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilib.

Filmdə qədim Bakıətrafı kəndlərdən biri olan Qalanın zəngin tarixindən, iki il əvvəl Heydər Əliyev Fondunun himayəsi ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasından bəhs edilir.
Yeni ekran əsərinin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Şamil Əliyev, operatoru Elşən Əliyevdir.

/AzərTAc/