ABŞ-dan “Taliban”a gözlənilməz təklif

18 Dekabr 2018 21:14

ABŞ "Taliban" hərəkatına altı ay müddətinə sülh sazişi imzalamağı təklif edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə The News International nəşri yazıb.

Bildirilir ki, Vaşinqton taliblərə Əfqanıstan siyasi sisteminin bir hissəsinə çevrilməyi təklif edib.

"Taliban" nümayəndələri isə atəşkəsin əldə edilməsi üçün bir sıra şərtlər irəli sürüblər. Konkret olaraq taliblər ABŞ-dan həbsdə olan hərəkət üzvlərinin hamısının azadlığa buraxılmasını tələb ediblər.

Milli.Az