Gürcüstanda təyyarə qəzası baş verib
6 Aprel 2010 20:01
Baş verən təyyarə qəzasında heyət üzvlərinin hər ikisi həlak olub.
Tiflis meriyasının Fövqəladə Hallar Xidmətinin rəhbəri Teymur Qiorqadzenin verdiyi məlumata görə, həlak olanlardan biri təlimatçı, digəri isə kursant olub. Qəza Tiflisdəki Aviasiya zavodunun ərazisində baş verib. Hadisənin hansı səbəbdən baş verməsi və təfərrüatlar açıqlanmayıb.
/ANS Press/