WTI markalı neftin qiyməti 3%-dən çox aşağı düşüb

18 Dekabr 2018 08:58

Amerika WTI markalı yüngül neftinin qiyməti 3%-dən çox düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu, hərracların sonunda məlum olub.

Bakı vaxtı ilə 23:43-ə olan vəziyyətə görə, WTI neftinin yanvar fyuçersləri 3,77% azalaraq bir barel üçün 49,27 dollar təşkil edib.

Eyni zamanda "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçersləri 2,21% ucuzlaşaraq bir barelə görə 58,95 dollara bərabər olub.

Milli.Az