Qağayı nəhəng korporasiyaya ilham verdi - FOTO
29 Sentyabr 2011 15:23
Bu isə dünyada ilk dəfə olaraq tükənməyən enerji ilə uçacaq təyyarənin havaya qalxması deməkdir.
Milli.Az xəbər portalı ABC-yə istinadən bildirir ki, "Lockheed Stratoliner" təyyarəsinin konstruksiya layihəsi Avstraliya qağayısının uçuşuna əsaslanır.
Bu quş Avstraliyadan Alyaskaya fasiləsiz uçaraq 10 min kilometri qət edə bilir.
Aviakonstruktor, "Lockheed Stratoliner" təyyarəsinin layihə müəllifi Uilyam Blekin dediyinə görə, yeni təyyarənin yanacaq qismində hidrogendən istifadə etməsi ilə yanaşı, onun daha bir unikal yeniliyi qanadlarının quruluşudur. Avstraliya qağayısının qanadlarının görünüşünü təkrarlayan, ucları yuxarıya bükülmüş böyük qanadlar "Lockheed Stratoliner"ə səmadakı hava axınlarından yararlanaraq çox az enerji işlətməklə stratosferə qalxmağa imkan verəcək.
Stratosferdə uçacaq təyyarə hava axınlarında şütüyərək indiki təyyarələrin qalxa bilmədikləri yüksəklikdə uçmaqla yanaşı, daha böyük sürət əldə edəcək.
Blək daha sonra bildirib ki, "Lockheed Stratoliner" 4 kriogen-hidrogen turboreaktiv mühərrik vasitəsilə çox ciddi aerodinamik qaldırma qüvvəsinə malik olacaq.
Milli.Az