Caduya inanırsınız? Nə qədər elmi biliklərimizlə qürurlansaq da, bu gün işlərini cadugər və falçıların köməyi ilə yüngülləşdirməyə çalışanlar da az deyil. Əsrlərdən bəri gələn inanclara görə isə ən güclü caduları qaraçı falçılar yazır.
Onlar psixologiya və xüsusi sehirlə insanları özlərinə tabe edə bilirlər. Cadu və bəd əməllərlə məşğul olmaq üçün qaraçının xüsusi bacarığı olmalıdır. Bundan əlavə onun soyuna ciddi pislik toxunmalıdır.
Qaraçılar cadunu təmizləyə bilirlər. Lakin çox hallarda bu pul üçün yürüdülən hiylədir. Amma əgər qaraçı cadugər sizə qarşı münasibətində ciddidirsə, və cadunu təmizləmək istəyirsə, ona imkan vermək lazımdır. Qaraçılar cadunu xüsusi ayinlərlə həyata keçirdirlər.
Milli.Az Publika-ya istinadən xəbər verir ki, bir sıra qaraçı ayini sirr kimi saxlanılsa da, çoxu bütün dünya falçıları üçün aşkar üsullardır.
Hər şeydən öncə qaraçı cadugər sizə olunan bəd əməlin hansı vasitə ilə yeridildiyini öyrənəcək. Bu isə yemək, içki və s. üsullar ola bilər. Qaraçı falçıların təcrübəsində bir sıra tükürpədən üsullar var. Məsələn kiminsə sizə verdiyi əşyanı hətta bir neçə dəqiqə əlinizdə saxlamaqla bəd əməlin qurbanı olursunuz.
Cadunun sizə hansı yolla edildiyini tapandan sonra qaraçı təmizləmə ayinini gerçəkləşdirəcək. Bunun üçün ona adi süpürgə, kibrit və xüsusi mətni səsləndirmək lazim gələcək. Süpürgə yalnız həftənin birinci günü az adam olan yerlərdən alınmalıdır. Sonra isə üzərinə xüsusi sözlər deyilib yandırılır. Bu sözləri qaraçılardan öyrənə bilərsiniz.
Qaraçıların cadu təmizləmə üsullarından biri də qəbristnalıqda gerçəkləşdirilir. Bunun üçün köhnə məzarlıq tapmaq lazımdır ki, orada yeni qəbir olmasın. Qaraçı falçı ilə qəbristanlığa gedib adsız məzarın üzərində durmaq lazımdır. Falçının üzünüzə oxuduğu dua sizi cadu və pis əməllərdən təmizləmək gücünə malikdir.
İstənilən halda yuxarıdakılara inanıb-inanmamaq öz əlinizdədir.
Milli.Az