Anası ikinci dəfə ailə həyatı qurmaq istədi, oğlu bıçağa əl atdı - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

16 Dekabr 2018 19:25

19:25

Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub.

Milli.Az bildirir ki, yerli sakinlərin "report"a verdikləri məlumata görə, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.

A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

----------

11:51

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, Elvin adlı yerli sakin Qarabağ qəsəbəsindəki küçələrdən birində anası Aybənizə boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb.

Milli.Az