“Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçiriləcək

13 Dekabr 2018 14:49

26 yanvar 2019-cu il tarixində Bakı şəhərində keçiriləcək "Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu" üçün biletlərin satışına start verilib.

Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ölkələrinin  PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssislər çıxışlar edəcəklər. Forum barədə və bilet satışı haqqında ətraflı məlumatı www.bakuprforum.az səhifəsindən almaq olar. Bilet satışı onlayn və birbaşa ünvana çatdırılma ilə həyata keçirilir.

Qeyd edək ki, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (İPRA) və Türkiyənin İctimaiyyətlə Əlaqələr Dərnəyi (TUHİD Türkiyə Halkla İlişkilər Dərnəyi) Türk dünyasında ilk dəfə keçiriləcək "Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu"nun rəsmi  tərəfdaşı olublar. 

Xatırladaq ki, Forumun əsas məqsədi Türkdilli Dövlətlərin PR Mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin PR mütəxəssislərinin qarşılıqlı əməkdaşlığını genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafını təmin etməkdir. Bu günə kimi, Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssisləri iştiaklarını təsdiqləyiblər.

Forumun təşkilat qrupu

Əlaqə nömrəsi: +994 50 233 66 82

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az