Milli komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovinada ilin məşqçisi seçilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis sözügedən ölkənin yığmasını UEFA Millətlər Liqasında final mərhələsinə çıxardığı üçün bu ada layiq görülüb. Komanda onun başçılığı altında bu turnirdə meydana çıxdığı 4 oyunun heç birində məğlub olmayıb.
Qeyd edək ki, Bosniya və Herseqovinada ilin ən yaxşılarının mükafatlandırılması mərasimi dekabrın 17-də keçiriləcək.
Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamıza rəhbərlik edib.
Milli.Az