Azərbaycan bəstəkarları Tbilisi festivalında

6 Aprel 2010 17:54
Festivalda əsasən Avropa və Güney Qafqaz ölkələrinin bəstəkarlarının əsərləri səslənir.

Festivalda Azərbaycanı üç bəstəkar- Elmir Mirzəyev, Firudin Allahverdi və Səid Qəniyev təmsil edir. Konsertin əsas təşkilatçısı İsveçrənin "Pre-Art" təşkilatıdır.

Festival zamanı bəstəkarlardan E.Mirzəyevin simfonik orkestr və 4 solist üçün yazdığı "Die Flucht aus der Zeit" ("Zamandan qaçış") və F.Allahverdinin 5 alət üçün yazdığı "Üç badam bir qoz" əsərləri (hər iki əsər "Pre-Art" təşkilatı tərəfindən sifariş olunub), habelə gənc bəstəkarlar üçün master-klasslarda iştirak edən Səid Qəniyevin "Episode" əsərləri səslənəcək.

Milli.Az