Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran "Bayern Münich" transfer çalışmalarına başlayıb.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Bundesliqa çempionunun ilk hədəfi "Real Madrid"in yarımmüdafiəçisi İskodur.
26 yaşlı futbolçunun sərbəst qalma məbləği 700 milyon avro olsa da, "kral klubu" onu satmağın əleyhinə deyil. Almanlar Madrid klubuna astronomik məbləğ təklif etməyə hazırlaşırlar. İspaniya millisinin üzvü özü də karyerasını Almaniyada davam etdirməyə razıdır. Tezliklə tərəflər arasında danışıqlara start veriləcək. Qeyd edək ki, İsko cari mövsüm ərzində 15 oyuna 4 qol vurub.
Milli.Az