Türkiyə və Azərbaycan arasında sənəd təsdiq edildi

11 Dekabr 2018 17:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.

Milli.Az