Xardal yeməyin faydası nədir?
28 Sentyabr 2011 16:57
Milli.Az xəbər portalı "Scientist"ə istinadən bildirir ki, Almaniyann Frayburq Universitetinin alimlərinin fikrincə, xardalın tərkibindəki acılıq maddəsi qızardılmış ətlərdəki kanserogen maddəni ortadan qaldırır.
"Lazım olduğundan artıq bişmiş və ya qızardılmış ətdə xəstəlik yaradan, xərçəng xəstəliyinin daşıyıcısı olan hüceyrələr yaranır. Lakin müntəzəm olaraq xardal yemək, həmin təhlükəli hüceyrələrin miqdarını azaldır", - professor Folker Merk Sanderman deyib.
Milli.Az