Gədəbəyə gələn turistlərin sayı artır

28 Sentyabr 2011 12:15
Milli.Az xəbər portalının "Türkel" TV-yə istinadən verdiyi məlumata görə, Beynəlxalq Turizm Günü ilə bağlı toplantıda çıxış edənlər Gədəbəyin turizm ənənələri və bu sahənin inkişaf perspektivlərindən danışıblar.

Burada hələ 1870-ci ildə Siemens qardaşlarının təşəbüsü ilə Gədəbəydə həm yay, həm də qış, o cümlədən dağ-xizək turizmi marşrutları yaradılıb. Avropa turist kataloqlarında da Gədəbəy əhəmiyyətli səyahət məntəqəsi kimi qeyd olunub. Çıxışlarda hazırki şəraitdə Gədəbəy zonasında turizmin bütün növlərinin inkişafı üçün əlverişli pespektivlərdən söz açılıb. Rayonun turizm mütəxəssisi Etibar Nadiroğlu "Türkel" TV-yə bildirib ki, Azərbaycanda olan dünya əhəmiyyətli 14 tarixi abidədən biri məhz Gədəbəydə Söyüdlü kəndindəki Böyük Qalaçadır. Eləcə də Koroğlu-Cavanşir Qalası, Mahrasa Məbədi
unikal tarixi məkanlardan sayıla bilər.

İldən-ilə turistlərin sayının artması da buna sübutdur. Rayondakı zəngin tarixi abidələr də, xüsusən xarici turistər üçün cəlbedici faktordur. Əlavə edək ki, Gədəbəy zonasında qeydiyyatda 106 tarixi abidə var, eyni zamanda daha 130 arxeoloji əhəmiyyətli məkan aşkarlanıb.

Milli.Az