Küsülü müğənnilər Nəsib Nurun toyunda bir araya gələcəklər
6 Aprel 2010 17:05
Lakin Nəsib toyu barədə KİV-ə heç bir məlumat ötürmək istəmir. Hətta onun mərasimində iştirak edəcək məhdud sayda mətbuat nümaynədələrinə də orada çəkiliş aparmaq icazəsi verilməyəcək.
Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, ötən gün xına mərasimi keçirilib. Toyunun təlaşında olan Nəsib Nur əksər sənət dostlarını məclisə dəvət edib. Hətta onların sırasında bir-biri ilə küsülü olanları da var ki, Nəsibin xatirinə məclisdə bir araya gələcəklər.
Qeyd edək ki, toy mərasimi yaxın müddətdə istifadəyə verilən "İnci" şadlıq evində keçiriləcək. Məclisi kimin idarə edəcəyi hələki sirr saxlanılır. Amma dəvətli sənətçilərin əksəriyyəti mahnı tövhələrini bəylə gəlinin şərəfinə səsləndirəcəklər. Bunların sırasında Nəsib Nurun ən yaxınları xalq artisti Brilyant Dadaşova, müğənni Abbas Bağırov və başqaları olacaqlar.
Xatırladaq ki, Nəsib Nur müğənni kimi tanıdığımız Səidə Sultanın bacısı Pərvanə xanımla ailə həyatı qurur.
Xədicə
Milli.Az