Analitik: "Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər"

10 Dekabr 2018 07:07

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində vətəndaş fəallığı gözlənilən səviyyədə olmadı. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, seçkilərdə fəallıq 48,63 faiz təşkil edib. Bu da onu göstərir ki, Ermənistanda keçirilən seçkilərdə insanlar seçkiyə şübhə ilə yanaşaraq demokratik keçirilmədiyini nəzərə alıb, səsverməyə getməyiblər".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu analitik Ehtiram Aşırlı Ermənistanda keçirilən erkən parlament seçkilərində seçici fəallığının aşağı olmasına münasibət bildirərkən deyib.

"Hər nə qədər Paşinyan demokartiyadan "dəm" vursa da, xalqı öz nağıllarına inandıra bilməyib. Xüsusilə, erməni mətbuatında bildirilir ki, Ermənistan tarixində ilk dəfə olaraq seçicilərin yarıdan çoxunun səsvermədə iştirak etmədiyi belə bir zaman az olub. Əslində, bu xalqın Paşinyana da inanmadığının bariz nümunəsidir. Hər nə qədər Paşinyan inqilabla, xüsusilə də xalqı arxasına alaraq hakimiyyətə gəlsə də, zamanla xalq da Paşinyanın Serj Sərkisyan diktaturası yolunu getdiyini görməyə başladı. Bu reallıq da seçkilərə təsirsiz ötüşmədi. Seçkilədə seçicilərin fəallığının aşağı olması faktı bir daha onu sübut edir ki, Paşinyan baş nazir seçiləcəyi təqdirdə belə, hakimiyyəti uzunömürlu olmayacaq", - deyə o bildirib.

Milli.Az