Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 144 qayda pozuntusu haqqında mesaj qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu polis polkovniki Aşot Sarkisyan Mərkəzi Seçki Komissiyasının mətbuat konfrası zamanı deyib.
"Polis bölmələrində 144 mesaj qeydə alınıb: 36-sı Yerevanda və 108-i bölgələrdə", - deyə Sarkisyan bildirib.
Milli.Az