"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunda bu mövsüm ilk məğlubiyyətinə uğrayıb.
"Report" xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda "Çelsi"nin qonağı olan komanda qapısında iki top görüb.
Matçda hesab 45-ci dəqiqədə açılıb. Yarımmüdafiəçi N'Qolo Kante fərqlənib. Görüşün sonlarına yaxın isə müdafiəçi David Luis "Çelsi"nin ikinci qolunu vurub.
İngiltərə Premyer Liqası, 16-cı tur
"Çelsi" - "Mançester Siti" - 2:0
Qollar: 1:0 - Kante - 45, 2:0 - David Luis - 78
Bundan əvvəl Salah het-trik sayəsində "Liverpul"a böyükhesablı səfər qələbəsi qazandırıb.
Milli.Az