Əfqanıstan yanlışlıqla öz hərbçilərini vurdu: ölənlər var

8 Dekabr 2018 20:07

Əfqanıstan Hərbi Aviasiya Qüvvələrinin ölkənin Uruzqan vilayətinin Çinartu mahalında Taliban terrorçularına qarşı təşkil etdiyi hava əməliyyatları zamanı yanlışlıqla öz hərbçilərini vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, ötən gecə baş verən hadisə nəticəsində 7 əfqan əsgəri həlak olub, 6 hərbçi yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az