Salahdan het-trik, "Liverpul"dan darmadağın

8 Dekabr 2018 19:31

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun açılış oyununda "Liverpul" səfərdə "Bornmut"un qonağı olub. Görüş Yurgen Kloppun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mersisaydlıların heyətində Məhəmməd Salah het-trik edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 42-yə çatdıran "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib. Rəqibindən 1 oyun az keçirən "Mançester Siti" isə 41 xalla 2-cidir. 33 xallı "Tottenhem" isə üçünü sırada qərarlaşıb. 

Xatırladaq ki, tura sabah və biri gün keçiriləcək oyunlarla yekun vurulacaq.

İngiltərə Premyer Liqası, 16-cı tur

8 dekabr (şənbə)

"Bornmut" - "Liverpul" - 0:4
Qollar:
 Məhəmməd Salah, 25 (0:1), 48 (0:2), 77 (0:4), Stiv Kuk, 68-avtoqol (0:3)

Milli.Az