Ermənistan: Seçkilərdən əvvəl sükut günü

8 Dekabr 2018 19:07

Ermənistanda şənbə günü gözlənilən ilk növbədənkənar parlament seçkiləri ərəfəsində sükut günüdür.

Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan bir gün əvvəl təbliğat qadağan olunur.

Seçkiqabağı təşviqat kampaniyası cəmi 12 gün davam edib: noyabrın 26-da başlayıb və 7 dekabr gecə yarısı başa çatıb.

Fəaliyyətdə olan Milli Məclisi buraxıb növbədənkənar parlament seçkilərini keçirmək üçün Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verib, və Milli Məclis, Konstitusiyaya əsasən, iki həftə ərzində iki dəfə yeni baş nazir namizədinin əleyhinə səs verdikdən sonra, Milli Məclis buraxılıb, və prezident yeni parlament seçkiləri gününü 9 dekabr tarixinə təyin edib.

Ermənistanın ən zəngin sahibkarlarlndan biri Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyası Ermənistanın ən zəngin sahibkarlarlndan biri Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyası "Arzulara aparan yol" vəd edir

Səsvermə 13 seçki dairələrində açılan 2010 seçki məntəqəsində keçiriləcək.

Ermənistan polisinin məlumatına görə, səsvermədə iştirak etmək hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfər təşkil edir.

Seçkilərdə yeni Milli Məclis mandatları üçün Mərkəzi Seçki Komissiyası tərəfindən 11 siyasi qüvvə qeydə alınıb - 9 partiya və 2 seçki bloku:

Daşnaksutyun Daşnaksutyun "torpağa və erməniyə sadiq" qaldığını bəyan edir

Parlamentə seçilmək üçün partiyalar üçün 5, bloklar üçün 7 faizlik hədd təyin edilib.

Seçki Məcəlləsinə görə, seçkilərin nəticələrinə əsasən, Milli Məclisdə ən azı 3 siyasi qüvvə təmsil olunmalıdır.

Qalib qüvvə baş nazir namizədini təklif edir.

Sabiq hakim Respublikaçı Partiyası şüarlarında ağ-qara rənglərdən istifadə edir və Paşinyan hakimiyyətindən narazılarının səslərinə ümid edir. Şüarda: Sabiq hakim Respublikaçı Partiyası şüarlarında ağ-qara rənglərdən istifadə edir və Paşinyan hakimiyyətindən narazılarının səslərinə ümid edir. Şüarda: "Narazısansa, Respublikaçıları seç".

Seçkilərə yerli 22 ictimai təşkilatın 17 min nümayəndəsi, eləcə də 8 beynəlxalq təşkilat nümayəndələri müşahidə edəcəklər, - o cümlədən, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası və s.

Yalnız sabiq hakim Ermənistan Respublikaçı Partiyası seçicilərlə kütləvi görüşlərdən imtina edib.

Milli.Az