Premyer Liqada hər qola 100 manat

6 Aprel 2010 16:40
Bundan sonra Premyer Liqa oyunlarında qol vuran futbolçular pul qazanacaqlar.

Premyer Liqada hər qola görə 100 manat mükafat ayrılıb. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün fevral və mart ayları üçün Premyer Liqanın ən yaxşı futbolçularının mükafatlandırılma mərasimində məlumat verib. Toplanaxan pullar jurnalistlərin iştirakı ilə Saray qəsəbəsində yerləşən uşaq evinə veriləcək.

/Fanat.az/