"Britaniya kəşfiyyatı rusiyalı iş adamlarına qarşı təzyiqi artıracaq" - The Daily Telegraph

8 Dekabr 2018 18:19

Böyük Britaniyanın kəşfiyyat orqanlarının Rusiya hökumətinə yaxın hesab olunan rus iş adamları ilə bağlı planları var. 

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə yazan "The Daily Telegraph" nəşrində söhbətin 6 nəfərdən getdiyi bildirilir. Britaniya kəşfiyyatı onlara qarşı təzyiqi artırmaq, sahibkarların manevr imkanlarını məhdudlaşdırmaq niyyətindədir. 

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın gizli kəşfiyyat xidmətinin (Mİ-6) rəhbəri Aleks Yanger bəyan edir ki, ölkəsi Rusiyanı stabilləşdirməyə çalışmır. 

Milli.Az