Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub

8 Dekabr 2018 16:39

Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.

Milli.Az Report-a istinadən bildirir ki, paytaxtın Nəsimi rayonu ərazisində həmin rayonun İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi "İveco" markalı, 99 JF567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az