Serbiyanın Novi Sad şəhərində sambo üzrə tələbələr arasında keçirilən dünya çempionatında idmançımız üçüncü yeri tutub.
Milli.Az "ölkə.az"-a istindən bildirir ki, samboçumuz Abdulla Abdullayev 74 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.
Qeyd edək ki, dekabrın 6-da start götürən dünya çempionatına ölkəmiz bir idmançı ilə qatılıb.
Milli.Az