Ermənistanda “sükut günüdür”

8 Dekabr 2018 09:54

Ermənistanda "sükut günüdür".

Milli.Az Report-a istinadən xəbər verir ki, bu gündən ölkədə parlamentə keçirilən növbədənkənar seçkidə iştirak edən istənilən siyasi qüvvənin seçki məntəqələri bağlananadək təbliğat aparması qadağandır.

Səsvermə səhər saat 8-dən axşam saat 20.00-dək keçiriləcək. Dekabrın 9-da səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində 2 siyasi blok və 7 siyasi partiyanın siyahısına səs verəcək.

Qeyd edək ki, Ermənistanda parlamentə seçkilər yalnız proporsioanl səsvermə üzrə keçirilir. 

Milli.Az