Ehtirasını cilovlaya bilməyən 43 yaşlı qadından biabırçı hərəkətlər - FOTO

8 Dekabr 2018 11:04

ABŞ-da qəribə olay yaşanıb.

Milli.Az xarici mətbuata istiandla xəbər verir ki, ehtirasına hakim ola bilməyən 43 yaşlı qadın saxlanılıb.

ABŞ-ın Missuri ştatında yaşayan 43 yaşlı Emi Nikol Parino (Amy Nicole Parrino) sevgilisinə təcavüz etdiyinə görə tutulub.

Məhkəmədə bildirilib ki, sevgilisini çılpaq halda evdə qovalayan qadın oğlanı onunla cinsi əlaqədə olmağa məcbur edib.

Emi onunla intim münasibətdə olmaq istəməyən oğlanı yumruqlayıb, kəmərlə döyüb, ona qarşı nalayiq hərəkətlər edib.

Hadisə Missuridəki Kolumbiya qəsəbəsindəki evdə baş verib. Məhkəməyə müraciət edən oğlan bildirib ki, onun sifətində oturan qadın nəfəs almaqda çətinlik yaradıb.

Qeyd edək ki, qadın 25 000 dollar ödəməklə sərbəst buraxıla bilər. Lakin, o, azadlığa çıxsa belə adı mətbuata açıqlanmayan sevgilisinə yaxınlaşması qadağan edilib.

Emin
Milli.Az