Venesuelanın neft naziri OPEC konfransının prezidenti seçilib

8 Dekabr 2018 08:49

Venesuelanın neft naziri Manuel Kevedo 1 yanvar 2019-cu il tarixindən etibarən OPEC konfransının prezidenti vəzifəsində BƏƏ-dən olan həmkarı Suheyl əl-Mazruini əvəz edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə OPEC-in kommünikesində deyilir.

"Konfrans Venesuelanın neft naziri Manuel Salvador Kevedo Fernandesi 2019-cu il 1 yanvar tarixindən etibarən bir il müddətinə OPEC Konfransının prezidenti, eyni zamanda Əlcəzairin enerji naziri Mustafa Gitunini həmin müddətə sədrin müavini vəzifəsinə seçib", - deyə məlumatda bildirilir.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Milli.Az