Şirvanda avtomobil sərxoş piyadanı vurdu

8 Dekabr 2018 08:02

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhərin "köhnə bazar" adlanan ərazisində "Ford tranzit" markalı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Mənsimov Rauf Afiq oğlunu vurub.

Nəticədə piyada kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Bərdədə piyadanı avtomobil vurub.

Milli.Az