"10 qol vurdum, “yeni Messi gəldi” dedilər"

8 Dekabr 2018 08:53

Hazırda karyerasını "Stok Siti"də davam etdirən Boyan Krkiç İngiltərə mətbuatına açıqlama verib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 28 yaşlı futbolçu "Barselona"da forma geyindiyi vaxtlardan danışıb:

"Barselona"da ilk mövsümümdə 10 qol vurdum. İnsanlar "yeni Messi gəldi" deyirdilər. Lionel Messi kimi olmadığımı bilirdim, ancaq bir şey edə bilmirdim.

"Roma" və "Milan"a gedəndə də, "yeni Messi" olaraq getdim. Yaxşı olmaq kifayət etmirdi, daha da yaxşı olmalıydım. Bu mənə pis təsir edirdi.

İngiltərədə İspaniyadan daha çox hörmət görürəm. Çempionlar Liqasında final oynadım, böyük komandaların formasını geyindim, ancaq indi Çempionşipdəyəm. Bu, çətindir, amma bundan zövq alıram".

Karyerası ərzində "Barselona", "Roma", "Milan", "Ayaks" kimi klublarda forma geyinən Krkiç, 2014-cü ildə 1,8 milyon avro qarşılığında "Stok Siti"yə transfer edilib.

Krikiç cari mövsümdə "Stok Siti" formasıyla 15 qarşılaşmaya çıxıb və bir qolla yadda qalıb.

Milli.Az