Putin ayılarla qarşılaşmasından danışdı

8 Dekabr 2018 07:45

Rusiya prezidenti Vladimir Putin vəhşi heyvanların olduğu yerlərə səyahətlərindən danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Rus Coğrafi Cəmiyyəti mükafatının təqdim edilməsi mərasimində çıxış edərkən ayılarla üz-üzə gəldiyi anlardan bəhs edib.

"Səyyah işi maraqlı olsa da, cəsarət tələb edir və insanın kim olduğunu dərk etməyə imkan verir. Mən doğrudan da belə yerlərdə olmuşam. Orada ayılar, burada ayılar. Hərçənd onların yanında 7 ay yaşayan insanlar var", - deyə o vurğulayıb.

Milli.Az