Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "report"-a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospektində idarəetmədən çıxan avtomobil yol kənarında dayanmış başqa bir maşına çırpılıb.
Nəticədə 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Əliyev Adil Faiq oğlu xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az