Xocahəsəndə avtobus qəzasında xəsarət alanlardan 6 nəfər evə buraxıldı - YENİLƏNİB

7 Dekabr 2018 22:37

22:37

Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 7 nəfərdən 6-sı evə buraxılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan onlar tjbbi yardım göstəriləndən sonra öz xahişləri ilə ambulator müalicəyə buraxılıb: "Yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb".

---------

21:50

Binəqədi rayonunda marşrut avtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Xocahəsən qəsəbəsində baş verib. 119 saylı xətt avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə açıqlamasında bildirib ki, hadisə yerinə 12 Təcili Tibbi Yardım Briqadası yollanıb və 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Kliniki Xəstəxanasına, 7 nəfər isə Kliniki Tibbi Mərkəzə qəbul olunub.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən 63 yaşlı bir qadının vəziyyəti ağır, digər xəstələrin vəziyyəti isə orta ağırdır.

Milli.Az