Günün təamı - çurros - FOTO
28 Sentyabr 2011 07:00
İnqradientlər:
Sous üçün:
0,5 st. su
0,5 st. şəkər tozu
2 x.q. portağal şirəsi
darçın
Xəmir üçün:
2 x.q. kərə yağı
0,5 st. su
1 st. un
2 yumurta
Sous üçün suyu qaynadın, şəkər əlavə edib qarışdırın. Su qaynayan kimi darçın və portağal şirəsi əlavə edib 2 dəqiqə qaynadıb götürün.
Xəmir üçün kərə yağını əridin, sonra üzərinə su tökün. Su qaynayan kimi 30 saniyə ərzində möhkəm və dayanmadan qarışdıra-qarışdıra unun hamısını bu qaba tökün, ocaqdan götürün. Xəmir soyuyan kimi ona 2 yumurta əlavə edib qarışdırın. Alınan xəmirdən istədiyiniz formada xırda fiqurlar düzəldib çoxlu bitki yağında qızardın. Çurros 2 dəqiqə ərzində qızarır. Sonra bunları çıxarıb salfetlərin üstünə düzün ki, yağı çəkilsin.
Çüfrəyə çayla və sousla verə bilərsiniz. Üzərinə sedra və darçın da səpə bilərsiniz.
Nuş olsun!
Milli.Az









