OPEK qərar qəbul etdi: İstehsal azaldılır

7 Dekabr 2018 19:20

Neft İxracat edən Ölkələr Təşkilatı (OPEC) OPEC+ formatı çərçivəsində gündəlik neft hasilatını, təqribən, 800 min barel azaltmağa hazırdır.

Milli.Az Report-a istinadən xəbər verir ki, təşkilatdakı mənbələrə görə, OPEC həmçinin qeyri-OPEC ölkələrinə də gündəlik hasilatı, təqribən, 400 min barel azaltmağı təklif edir.

Mənbə həmçinin Vyana sazişinə dair ümumi görüş keçirilməsinin də zəruri olduğunu qeyd edib.

Milli.Az