"Dedim, vəssalam, düşdük yerə" - Xalq artistinin mindiyi təyyarədə qəza

7 Dekabr 2018 18:44

Xalq artisti Natiq Şirinov təyyarədə ölümlə üz-üzə gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda nağara ifaçısı "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, Amerikaya uçan zaman təyyarə qəza vəziyyətinə düşüb:

"Təyyarədə böyük problem yarandı. Dedim, vəssalam, düşdük yerə. "Kəlmeyi şəhadət"imi deyirdim. Dəhşət qorxmuşdum. Ölümlə üz-üzə gəldim. Bizdən əvvəl İndoneziyada təyyarə partlamışdı, lap qorxduq. İnsanıq, nə qədər çox danışsaq da, can şirin şeydi, heç kim ölmək istəmir. Bundan sonra təyyarəyə minmək istəmirəm".

Milli.Az