Bakıda yeni tikilən 20 mərtəbəli binada FACİƏ - ÖLƏN VAR

7 Dekabr 2018 17:06

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, Xəətai rayonu ərazisində - Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli "Skyland" yaşayış binasında işləyən fəhlə hümdürlükdən yıxılıb. Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./Publika.az

Milli.Az