Əməkdar artist Acun Ilıcalını biabır etdi: Məndən 650 dollar pul istəyir...

7 Dekabr 2018 17:09

Türkiyədə aparıcı Acun Ilıcalının rəhbərlik etdiyi TV8 televiziya kanalından Azərbaycanın əməkdar artisti Nigar Şabanovaya təklif gəlib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu günə kimi müxtəlif xarici ölkələrdə Azərbaycanı təmsil edən, hər dəfə də birincilik qazanan xanəndədən reportaj hazırlanması qarşılığında ödəniş tələb olunması onu özündən çıxarıb. Bu haqda N.Şabanova özü məlumat verib. O, müsahibəyə görə pul istənilməsini gülünc hesab edib:

"Bu gün səhər Acun bəyin "TV8" kanalından köməkçimə zəng vurublar, şəxsən danışmaq istədiklərini bildiriblər. Və danışdıq, təklif çox gülməli idi, utandım: "Nigar xanım, ayın 19-dan sonra Azərbaycana gələcəyik, sizdən reportaj almaq istəyirik bir amması var. 650 dollar ödəniş olmalıdır. Mən hələ bu günə qədər mənə xeyir verən, məni yüksəklərə qaldıran televiziyalarımıza bir qəpik pul verməmişəm. Halbuki gəlirimi vətənimdə qazanıram.

N.Şabanova türk kanallarının azərbaycanlı ifaçılardan reportaj hazırlamaq üçün pul istəməsində müğənnilərimizi günahlandırıb. O hesab edir ki, azərbaycanlı müğənnilər Türkiyədə heç kimə lazım deyil:

"Biz bəyəm kanallarımıza türk müğənniləri dəvət edəndə onlardan pul istəyirik? Buna səbəb müğənnilərimizdir, çünki Türkiyə kanallarına yalvarıb pul verib çıxırsınız, etməyin. Siz orada heç kimə lazıım deyilsiniz. Azərbaycan musiqisi qızıldır, məgər qızılı satanda üstündə pul da verirsiniz ki, qızılı alın? Azərbaycan musiqisi səslənəndə bütün dünya baş əyməlidir!".

Milli.Az