Abşeron gömrük postuna yeni təyinat olmayıb? - Rəsmi açıqlama

7 Dekabr 2018 15:54

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

Milli.Az