"Mən sevgilimlə görüşə bu "vid"də getmərəm, qıraqdan deyərlər ki..." - VİDEO

7 Dekabr 2018 16:19

ATV-də yayımlanan "Dəb mənəm" verilişində yarışmaçılar arasında gərgin anlar yaşanıb. 

Milli.Az azxeber.com-a istinadən bildirir ki, iştirakçı Zarina həmkarı Aysunu kəskin tənqid edib:

"Əgər sən sevgilinlə bir film təqdimatına gedirsənsə, orada çox ledi kimi görünməlisən, çünki orada sevgilinin tanışları, dostları ola bilər. Mən belə "vid"də heç vaxt sevgilimin yanına getmərəm. Qıraqdan deməsinlər ki, bunun sevgilisinə bax. Sənə sadəcə olaraq deyirəm ki, sən çox zövqsüz qadınsan". 

Aysu isə Zarinaya belə cavab verib: "Bura gözəllik yarışması deyil. Özünü gözəl hesab edirsənsə, bunu mən çıxanda demə. Başqalarına başqa cür danışırsan, mən çıxanda başqa cür. Mənimlə nə problemin var sənin?".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az