Türkiyəli nazirdən ÇAĞIRIŞ: "Ticarəti milli valyutada aparın"

7 Dekabr 2018 18:00

Türkiyənin ticarət naziri Ruhsar Pekcan tərəfdaş ölkələrə ticarəti milli valyutada aparmaqla bağlı çağırış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir bununla bağlı yerli mətbuata açıqlama verib.

Nazir qeyd edib ki, Türkiyə hazırda Rusiya, İran, Çin, Azərbaycan, Bosniya və Qətərlə milli valyutada ticarət həyata keçirir.

Onun sözlərinə görə, milli valyutada ticarət ölkələrin iqtisadiyyatını möhkəmləndirəcək.

Milli.Az