"Biz İnstagram-da şəkillər paylaşmaqla böyük futbolçu olmadıq"

7 Dekabr 2018 14:41

Argentinalı futbol əfsanəsi Xuan Roman Rikelme gənc futbolçulara çox əsəbidir.

Milli.Az xəbər verir ki, veteran futbolçu marqlı fikirlər səsləndirib. O, gənclərin futbola münasibətindən narazıdır:

"Biz futbolu meydanda sevirdik. Biz İnstagram-da saç kəsdirərkən, küçədə itimizi gəzdirərkən çəkdiyimiz şəkilləri paylaşmaqla böyük futbolçu olmadıq. Artıq oyunçular boş vaxtlarında futbol izləmirlər, qol sevincini necə edəcəklərini düşünürlər. Çox əsəbləşirəm, amma heç nə edə bilmirəm. Tanrıya şükürlər olsun ki, başqa vaxt futbol oynadım".

Qeyd edək ki, "Boka Xuniors", "Barselona", "Vilyarreal" kimi klublarda çıxış etmiş Rikelme 2015-ci ildə peşəkar karyerasını başa vurub.

Elçin Əlixan
Milli.Az