Türkiyədə zəlzələ olub

7 Dekabr 2018 12:16

Türkiyənin Muğla vilayətində zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların gücü 4,3 bal olub.

Zəlzələ yerli vaxtla səhər saat 09:25-də baş verib, dərinliyi 40 kilometr olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az