Builki Sant-Klaus əsl maçodur - FOTO

7 Dekabr 2018 14:14

Saqqallı, əzələli, bədəni döyməli, yaşlı kişi. O, Pol Orçarddır. Liverpul şəhərinin sakini olan 65 yaşlı Pol Britaniyanın "Lumen" şirkətinin Milad və Yeni İl bayramları münasibətilə başladığı reklam kampaniyasının ulduzudur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Pol Orçardın "Yeni Santa" obrazındakı reklam posterləri Britaniyanın hər yerindədir.

Hipster görkəmli yeni Santa sanki maçodur.

Aktyor və model Pol Orçard obrazı bəyəndiyini söyləyib.

Milli.Az