“Oskar”da aparıcı olmaqdan imtina etdi

7 Dekabr 2018 11:08

Amerikanın məşhur aktyoru Kevin Hart dünyanın ən nüfuzlu mükafat mərasimi hesab edilən "Oskar"da aparıcı olmaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə təşkilatçılarla razılığa gələrək aparıcı olacağını elan edən Kevin Tvitter səhifəsində müzakirələrə səbəb olacaq açıqlama yayıb.

O, vaxtilə homoseksuallarla bağlı təhqiredici ifadələrə yer verdiyini, fikirlərinin ictimaiyyət arasında birmənalı qarşılanmadığını qeyd edib. Hart incitdiyi insanlardan üzr istəyərək "Oskar"da aparıcı olmayacağını elan edib.

Milli.Az