Tanınmış aparıcı telekanaldan getdi - Onu kim əvəz edəcək? - FOTO

7 Dekabr 2018 10:55

ATV kanalında yayımlanan "Oralar" verilişinin aparıcısı Turanə Hüseynlini Kəmalə Piriyeva əvəz edəcək.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, "Oralar" səyahət verilişinin aparıcılarından biri dəyişib. Tanınmış bloger və aparıcı Turanə Hüseynlini ATV-nin siması və aktrisa Kəmalə Piriyeva əvəz edəcək. Bu barədə Turanə Hüseynli özü Instagram-da məlumat verib. O bildirib ki, televiziya layihəsindən şəxsi istəyi ilə ayrılmağa qərar verib:

"Bakı Media Mərkəzinin ilk televiziya layihəsinə seçilmək, layihənin bir parçası olmaq və Azərbaycanın səyahət verilişi aparan ilk qadın aparıcı olmaq da qürurverici idi. "Oralar" layihəsində çox böyük təcrübə toplamaq, dünyanı gəzmək, çox gözəl peşəkar komanda ilə çalışmaq şansım oldu. Bütün bunlar mənim üçün çox dəyərli idi. "Oralar" komandasının dəyərli üzvlərinə təşəkkür edir, layihənin davamında da hər kəsə uğurlar arzu edirəm".

Turanə Hüseynli sözlərinə onu da əlavə edib ki, ən qısa zamanda yeni işlərlə bağlı xəbərlərini bölüşəcək.

Kəmalə Piriyeva da, öz növbəsində, Instagram hesabında layihənin çəkilişlərdən şəkil paylaşaraq "Oralar" komandasına qoşulub.

Qeyd edək ki, layihənin müəllifi Azər Qəribdir. Verilişin 3-cü qəhrəmanı isə Rüstəm Əfsərli olaraq qalır.

Milli.Az