"Sinəmə toxundu, sonra da dodağımdan öpdü" - Kişi ginekoloqun yanına gedən qızın şikayəti - FOTO

7 Dekabr 2018 10:50

Müayinəyə gələn xəstələrə porno video izlətdirib, təcavüz edən ginekoloqun saxlanılması barədə məlumat vermişdik.

İstanbulun Nişantaşı rayonundakı xəstəxanada gineokoloq işləyən 68 yaşlı professor-ginekoloq Fecri Sevilen xəstələrinə qarşı əxlaqsızlıq etdiyinə görə tutulub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, həkimlə bağlı daha bir qadın məhkəməyə müraciət edib.

Adını mətbuata açıqlamaq istəməyən qadının şikayətində qeyd olunub:

"20 il əvvəl idi. 25 yaşlı idi. İstanbulda yaşayırdım. Hormonlarla bağlı problemim var idi. Müalicə üçün Fecri həkimin yanına getdim. 4-5 dəfə getmişdim, problem çıxmamışdı. Amma bir dəfə mənim sinəmə toxunmağa başladı. Sonra da divara söykəyib, öpdü. Əlindən güclə çıxa bildim. Bir daha ora getmədim".

Qeyd edək ki, məhkəməyə çıxarılan həkim iddiaları yalanlasa da, iki qadının şikayətinə əsasən o, haqsız hesab edilib.

Fuad
Milli.Az