Məşhur klub çinlilərə satılır

7 Dekabr 2018 10:45

İspaniyanın "Sevilya" klubunun sahibi dəyişə bilər.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, Primera təmsilçisini Çindən olan investorlar almaq istəyir.

Asiyalılar klub üçün 300 milyon avrosundan keçməyə hazırdı. İlkin danışıqların müsbət nəticələndiyi və yaxın müddətdə alqı-satqının rəsmiləşəcəyi bildirilir. Klubun indiki sahibləri rəhbərlikdə qalmaq niyyətindədilər.

Qeyd edək ki, Primeranin 14 turunda 27 xal toplayan "Sevilya" 2-ci pillədə qərarlaşıb.

Milli.Az