"Liverpul"da ciddi itki - 6 həftə oynamayacaq

7 Dekabr 2018 09:26

"Liverpul"un futbolçusu Jozef Qomes təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun İngiltərə Premyer Liqasının 15-ci turunda "Bernli"il matçda zədələnməsidir.

Beləliklə, Qomes üçün 2018-ci il erkən başa çatıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi  bu mövsüm ölkə çempionatında 13 matçda oynayıb.

Milli.Az