Tanınmış müğənni təyyarədə sərnişini ölümdən qurtardı

7 Dekabr 2018 09:04

Rusiyalı musiqiçi Aleksandr Rozenbaum təyyarədə sərnişinlərdən birinə ilkin tibbi yardım göstərərək onun həyatını xilas edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Moskvadan Simferopola uçan müğənni sərnişinlərdən birinin halının pisləşdiyini və huşunu itirdiyini görərək ona yardım edir. Rozenbaumun həmin an şahidlər tərəfindən lentə alınmış görüntüsü qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, sərnişinə süni nəfəs verən Rozenbaumun ilkin peşəsi həkimdir. O, uzun müddət təcili tibbi yardımda işləyib.

Milli.Az